Haqqımızda

“Vüsal Kimya” Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ildən etibarən mətbəə və istehsalçı şirkət kimi fəaliyyət gostərməyə başlamışdır. Şirkətin əsas fəaliyyət istiqaməti sifarişçi şirkətlərə məxsus olan məişət kimyası məhsullarının bir çox brendlərinin istehsal tələbatını ödəməkdən ibarətdir.

Şirkətin istehsal etdiyi məhsullar dünya standartlarına uyğun xammaldan Avropa avadanlıqları ilə təhciz olunmuş müəssisədə hazırlanır. “Vüsal Kimya” MMC anti-bakterial əl sabunu, maye sabun, qabyuyan vasitələr, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitələr, maye və toz halında paltar ağardıcı vasitələr, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağı üçün gigiyenik təmizləyici toz və universal təmizləyicilərin istehsalını təklif edir.

Şirkətin digər fəaliyyət sahəsi poliqrafiya qolu üzrə yerli istehsalçıların artan təlabatını qarşılamaq üçün yeni çap texnologiyaları ilə bazara plastik və şüşə butulkalar, spirtli və sərinləşdirici içkilər, ət və ət məhsulları üçün keyfiyyətli rulon etiket məhsullarının dizayn və çap edilməsidir.